"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın "Olimpiya" klubu növbəti transferini reallaşdırıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, komanda Serbiyanın "Voyvodina" klubunun yarımmüdafiəçisi Marko Putintsanı heyətinə qatıb. Lyublyana şəhərinin təmsilçisi 30 yaşlı serbiyalı futbolçu ilə 2 illik müqavilə imzalayıb. O, yeni klubunda 70 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Olimpiya" daha öncə serbiyalı hücumçu Andriya Kaludjeroviçi transfer edib.