1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Olimpiya"nın futbolçusu: "Messinin bacarmadığını biz edək" - MÜSAHİBƏ
Sloveniya "Olimpiya"sının futbolçusu Rok Kronaveter "Qarabağ"la keçirəcəkləri Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından öncə yerli mətbuatın suallarını cavablandırıb. Sportnet.az müsahibənin Azərbaycan çempionları ilə bağlı hissəsini təqdim edir...
- Çempionlar Liqasında mübarizəyə əsas futbol hadisəsinin Rusiyada cərəyan etdiyi vaxtda başlayacaqsınız. Bu amil sizə problem yaratmayacaq?
- Xeyr. Biz yalnız "Qarabağ"la oyuna köklənmişik. Dünya çempionatını ikinci plana keçirmişik. Bilirik ki, qarşımızda yaxşı şanslar var. Çempionlar Liqasında hər gün mübarizə aparmırsınız. Bura gəlmək üçün uzun mövsüm keçirmişik. İndi pozitiv və həvəsli olmamağımızı düşünmək təəssüf doğura bilər. Daha yaxşı nəticə göstərməkdə 100 faiz maraqlı olmalıyıq.
- Azərbaycan çempionu "Qarabağ"ı necə dəyərləndirərdiniz?
- Daha üstün durumda olan komanda kimi. "Qarabağ"ın yaxşı komanda olması, ötən mövsüm Çempionlar Liqasında yaxşı nəticələr göstərməsi bir həqiqətdir. Lakin bu mövsümün əvvəli ötən mövsümkündən xeyli fərqlənə bilər. Bu, bizim üçün şansdır. Digər tərəfdən, bir çox oyunçuları klubu tərk edib və yeniləri gəlib. Ola bilsin, onlar hələ az oynayacaqlar, yaxud rəqibin bizi hardasa qiymətləndirməyəcəyinə ümid edə bilərik. Baxacağıq. Bəlkə evdə keçirəcəyimiz ilk oyundakı nəticə cavab görüşü üçün əlverişli olar. Bu səbəbdən, evdə yaxşı hesaba nail olmalıyıq. Bununla belə, öz meydanımızda məğlub olsaq, mövsümü bitirməyəcəyik. Yolumuza Avropa Liqasında davam edəcəyik.
- 20 il əvvəl rəqibin Azərbaycandan olacağını bildikdə, Sloveniya klubları sevincdən uçardılar. Lakin indi fərqli mənzərədir...
- Bu, təəccüblü deyil. Onlar fəal şəkildə futbola investisiya qoymağa başlayıblar. Klublarda get-gedə çoxlu əcnəbi çıxış edir ki, bu da nəticələrdə özünü göstərir. Lakin Çempionlar Liqasının qrup mərhələsində oynamağı düşünmək istəyirsənsə, hamını udmalısan. Mən buna inanıram. Nəyə görə də uğur qazanmayaq? "Olimpiya" Çempionlar Liqasında oynaya bilər. Həmçinin, ümid edirəm ki, ilk oyunumuzda çoxlu azarkeş olacaq, "Stojitse" stadionu dolacaq. Müsbət nəticə əldə etmək üçün bizə dəstək lazımdır.
- Ötən mövsüm Çempionlar Liqasında İspaniya "Atletiko"sunun heyətində "Qarabağ"a qarşı hər iki oyunda çıxış etmiş sloveniyalı qapıçı Yan Oblakla danışmısınız?
- Biz danışmamışıq. Amma bilirəm ki, kapitanımız Branko İliç "Qarabağ"ı yaxşı tanıyan futbolçularla söhbət edib. Özümüzün də kifayət qədər informasiya toplayacağımıza və rəqibi analiz edəcəyimizə inanıram. Rəqibi diqqətlə izləyə, amma öz oyununuzla təəccüblü təsir bağışlaya bilərsiniz. Ona görə də öz oyunumuza hazır olmalıyıq. Ən əsas məsələ budur.
- Bu yaxınlarda "Qarabağ" dünya çempionatında çıxış etmiş qapıçı Hannes Tor Halldorssonu transfer edib...
- Bu da "Qarabağ"ın yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyindən xəbər verir. Eyni zamanda, bu amil də bizim üçün əlavə motivasiyadır. O mənada ki, Messinin bacarmadığını biz edək (gülür).
- Lehinizə penalti təyin olunsa, Halldorsson "Olimpiya"da bunu ən yaxşı bacaran oyunçu kimi Sizinlə üz-üzə qalacaq...
- Unutmayaq ki, mən özüm də bir neçə penaltini qaçırmışam. Düzdür, penaltiləri mən vururam. Zərbə zamanı kifayət qədər sakit oluram. Baxarıq, görək bu dəfə necə olur. Əvvəlcədən heç nə demək istəmirəm. Amma bu mövsüm penaltini qaçırmamağa çalışacağam.
- Azərbaycan çempionunu üstələyəcəyiniz təqdirdə, xüsusi mükafat alacaqsınız?
- Çempionlar Liqası onsuz da böyük motivasiyadır. Lakin "Qarabağ"ı keçəcəyimiz təqdirdə, pul mükafatı almağımız normaldır. Uzun müddətdir ki, avrokuboklarda qələbəyə görə mükafat almırıq. Ona görə də bu mövsüm motivasiyamız daha böyükdür. İlk oyunu udaq, baxarıq.