1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ" qrup mərhələsində təsadüfən çıxış etməyib"
Sloveniya "Olimpiya"sının baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə danışıb.
Sportnet.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis mətbuat konfrasında rəqibi analiz etmək üçün vaxtlarının olduğunu vurğulayıb. O, Azərbaycan təmsilçisini belə dəyərləndirib: "Rəqibimizdə çoxlu dəyişikliyə məruz qalıb. Bu, keyfiyyətli, yüksək səviyyədə təşkil olunmuş komandadır və Çempionlar Liqasının qrup mərhələsində təsadüfən çıxış etməyib. "Qarabağ" ötən mövsüm Azərbaycan çempionatında ən yaxın izləyicisini 16 xal üstələyib. Ona görə də çətin oyun olacaq. Lakin bizi harada olduğumuzu görmək baxımından yaxşı sınaq gözləyir. Çalışacaq ki, özümüzü, fanatlarımızı məmnun edək".
Qeyd edək ki, iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.