1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionlar Liqası: "Qarabağ" qələbə ilə başladı - YENİLƏNDİ
"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Sloveniya çempionu "Olimpiya" ilə I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Lyublyanadakı "Stojitse" stadionunda baş tutmuş qarşılaşmada Ağdam klubu minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 79-cu dəqiqədə rəqib qapısı qarşısına ötürmədən sonra Donald Gerrye vurub.
Komandalar oyunu hərəyə 10 futbolçu ilə bitiriblər. 85-ci dəqiqədə "Olimpiya"dan İssa Abass Bədavi Hüseynova bilərəkdən zərbə endirdiyi üçün qırmızı vərəqə alıb. Uzatma dəqiqələrində isə Qara Qarayev ikinci sarə vərəqəni alaraq, meydandan kənarlaşdırılıb.
Beləliklə, səfərdə qələbə qazanan "Qarabağ" iyulun 18-də Bakıda keçiriləcək cavab görüşü üçün böyük üstünlük əldə edib.
---------
Bu gün Qarabağ" klubu Çempionlar Liqasının I təsnifat mərhəlində mübarizəyə başlayacaq.
Sportnet.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv səfərdə Sloveniyanın "Olimpiya" komandası ilə üz-üzə gələcək. Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək qarşılaşmaya Lourens Visserin rəhbərlik etdiyi belçikalı hakimlər briqadası təyinat alıb.
"Qarabağ" Çempionlar Liqasının formatı dəyişdiyinə görə, ilk dəfə I təsnifat mərhələsində çıxış edəcək. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində iştirak edən Ağdam klubu ilk sədləri uğurla keçə bilib.
Yay fasiləsində 11 futbolçu ilə vidalaşan "Qarabağ" heyətini 6 yeni oyunçu ilə gücləndirib. İbrahim Şehiç və Anton Kanibolotski ilə yollarını ayıran komanda 2 yeni qapıçı transfer edib. Son ölkə çempionu Tor Hannes Haldorsson və Vaqner Da Silvanı heyətinə qatıb.
Ağdam klubu həmçinin müdafiəçi Rahil Məmmədov, yarımmüdafiəçilər Abdullah Zubir, Simoen Slavçev və Filip Ozobiçi komandaya cəlb edib.
Bu qarşılaşma "Olimpiya"nın baş məşqçisi İliya Stolitsanın ilk rəsmi oyunu olacaq. 39 yaşlı mütəxəssis iyundan komandaya rəhbərlik edir.
Lyublyana təmsilçisi heyətinə 4 yeni oyunçu cəlb edib. Komanda Marko Putintsa, Andriya Kaluceroviç, Haris Kadriç və Matiç Çrniçinin transferlərini reallaşdırıb. Əvəzində Rok Vodişek, Mitç Apau, Rikardo Alveslə yollarını ayıran klub Dario Kanadio və Ceyson Devidsonu Xorvatiya "Riyeka"sına icarəyə verib.
11 iyul
Çempionlar Liqası
I təsnifat mərhələsi
22:00 "Olimpiya" (Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN) - 0:1
Qol: Donald Gerrye, 79
Qırmızı vərəqələr: İssa Abass, 85 - Qara Qarayev, 90+1
Hakimlər: Lourens Visser,
Karel De Rokker, Jo de Veirdt,
Bram Van Dressxe (hamısı Belçika)
Lyublyana, "Stojitse" stadionu.