Venesuelanın gənclərdən ibarət yığmasının futzalçısı Keduin İndriaqoya ölümündən sonra qol vurmaq imkanı yaradılıb.
Sportnet.az-ın məlumatına görə, yol qəzasında ölən İndriaqonun cənazəsi dəfnindən əvvəl futzal meydanına gətirilib. Komanda üzvləri bir-birilərinə ötürmələr etdikdən sonra topu tabutdan tora göndəriblər.
Qeyd edək ki, Keduin İndriaqo motosikletlə hərəkətdə olaraqkən qəzaya düşüb.