"Qəbələ” klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Macarıstan "Honved”i Makedoniyanın "Rabotniçki” klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
"Qəbələ" Lüksemburq "Proqres"ini üstələyəcəyi təqdirdə, Avroliqanın II təsnifat mərhələsində məhz Macarıstanın "Honved” komandası ilə üz-üzə gələcək.
Günün digər matçında Bolqarıstan "Levski"si Lixtenşteynin "Vaduts" komandasını 3:2 hesabı ilə məğlub etsə də növbəti mərhələyə yüksələ bilməyib. Şotlandiya Reyncersi isə səfərdə Makedoniya "Şkupi"si ilə heç-heçə oynayaraq növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının I mərhələsinin ilk oyununda evdə rəqibinə 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar"ın cavab oyunu iyulun 19-da Düdelanjda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
17 iyul
19:45. "Levski" (Bolqarıstan) - "Vaduts" (Lixtenşteyn) - 3:2
Qol: Sergi Bas, 35. Aymen Belaid, 53. Jerson Kabral, 85 - Məhəmməd Kolubali, 25. İqor Tadiç, 54
İlk oyun - 0:1
19:55. "Şkupi" (Makedoniya) - "Reyncers" (Şotlandiya) - 0:0
İlk oyun - 0:2
20:00. "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya) - 4:0
Qol: Filip Holender, 6. 16. Danilo, 63 - penalti ilə. 84
İlk oyun - 1:2
Qeyd edək ki, qalan cavab oyunları 18-19 iyulda keçiriləcək.