1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın favorit olduğunu bilirdik"
Sloveniyanın "Olimpiya" klubunun futbolçusu Aris Zarifoviç Çempionlar Liqasının I təsnifat mərhələsində səfərdə "Qarabağ"la heç-heçə (0:0) etdikləri oyun barədə danışıb.
Sportnet.az "Zurnal24" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi qarşılaşmaya yaxşı başladıqlarını vurğulayıb. "Qol vurmaq üçün iki imkanımız oldu, amma təəssüf ki, yararlana bilmədik. "Qarabağ" kimi yaxşı təşkil olunmuş komandalara qarşı oyunda imkanlardan istifadə etmək lazımdır. Biz rəqibin favorit olduğunu bilirdik. Çempionlar Liqası hər kəsin xəyalıdır. Əminəm ki, bu barədə hamının arzusu var. Avropa Liqasındakı rəqibimizi gözləyəcəyik."
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının II tənsnifat mərhələsində Albaniyanın "Kukesi" klubu ilə üz-üzə gələcək.