1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan futbolunda əvəzetmələrin sayı dəyişdirilir
Futbol üzrə 2018/2019 mövsümündə Azərbaycan Kuboku və I divizion yarışlarında əvəzetmələrin sayı dəyişdirilə bilər.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, hazırda Peşəkar Futbol Liqasında bununla bağlı müzakirələr gedir. Təşkilatçı qurum kubok yarışlarında 2018-ci il dünya çempionatında tətbiq olunan yeniliyə - əlavə vaxtda 4-cü əvəzetməyə icazə verməyi planlaşdırır.
AFFA-nın İcraiyyə Komitəsinin əvəzedicilərin çempionatını I divizona birləşdirəndən sonra burada da dəyişiklik zərurəti yaranıb. Çünki ötən mövsüm əvəzedicilərdə 5, aşağı dəstədə isə 3 əvəzetmə sistemi tətbiq olunub. Növbəti mövsüm üçün isə 4 və ya 5 limitləri gözdən keçirilir.
Qeyd edək ki, iyulun 27-də Azərbaycan Premyer Liqasının 2018/2019 mövsümünün püşkü atılacaq. Çempionatın avqustun 11-də start götürməsi nəzərdə tutulub.