Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra Azərbaycan UEFA reytinqində daha bir pillə geriləyib.
Sportnet.az xəbər verir ki, 18,125 xala malik ölkəmiz 25-ci pilləyə enib. İsrail də eyni xala malik olsa da, əlavə göstəricilərə əsasən 24-cü mövqeyə yüksələ bilib.
Bu həftə xallarını 18,500-ə çatdıran Şotlandiya da Azərbaycanı keçməyi bacarıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına 86,712 xalla İspaniya başçılıq edir. 65,391 xala malik İngiltərə ikinci, 64,725 xalı olan İtaliya üçüncüdür.









































































