"Boulevard Hotel”də AFFA-nın tərəfdaşları üçün tədbir keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirin məqsədi UEFA Millətlər Liqası öncəsi AFFA tərəfdaşlarına marketinq və assosiasiya hüquqları barədə məlumat vermək olub. Tədbirin rəsmi hissəsində AFFA-nın Marketinq və Sponsorluq Şöbəsinin rəhbəri Tural Piriyev qonaqları salamladıqdan sonra UEFA Milli Assosiasiyalar Departamentinin Biznesin İnkişafı koordinatoru Manuel Ruess UEFA Mİllətlər Liqası barədə məlumat verib.
Daha sonra Sport Matters şirkətindən kommersiya üzrə konsultant Tom Liston futbol yarışlarında marketinq hüquqlarından istifadə və sponsorluq aktivasiyası üzrə geniş təqdimat edib, bu sahədə dünya üzrə ən yaxşı təcrübələrdən nümunələr təqdim edib.