"İkinci turda zəif oynamış, acı məğlubiyət dadmışdıq. Futbolçularla söhbətimiz oldu, səhvlərimizə baxdıq. İlk hissədə yaxşı oynadıq. Futbolçular həvəsli idilər. Birinci qoldan sonra daha da həvəsləndik və rahat oynadıq. Ancaq ikinci hissə elə də rahat oynamadıq. Rəqib təzyiqi artırdı. Bu da başadüşüləndir. Yeni komandayıq. Rəqibə uğurlar arzulayırıq”.
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov səfərdə "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
– Birinci hissədəki oyunu iknic hissədə görə bilmədik…
– Yeni komandayıq. Çatışmayan cəhətlərimiz oldu, onun üzərində çalışacağıq
– Cavid İmamverdiyevin zədəsi ciddidir?
– Tam bilmirəm, sabah dəqiq bilinəcək.
– Sanki Marko Deviçi əvəz edə biləcək oyunçunuz yoxdur…
– Hücumçumuz var. Ola bilsin, onun səviyyəsində yoxdur. Transfer etməyi düşünmürük. Yerli futbolçulara güvənirik.
– Cavid İmamverdiyevin bəzi epizodlar zamanı səhvlərini nə ilə əlaqələndirərdiniz?
– Cavid ideal formadan uzaqdır. O, bizim komandaya gec qoşuldu. Türkiyədəki təlim-məşq toplanışından qayıtdıqdan sonra zədələndi. Tam bərpası üçün vaxt lazımdır.
– Çempionatdaki fasilə sizə necə təsir edəcək?
– Komandaya gec qoşulan oyunçular çoxdur. Fasilə bizim üçün xeyirli olacaq. Çatışmayan cəhətlərimiz var, onların üzərində işləyəcəyik. Bundan başqa yoldaşlıq görüşləri də olacaq.