1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycanla oyunda mərhəmətli yox, ehtiyatlı olmalıyıq"
"Azərbaycan millisi aqressiv, güclü komandadır və qrupun birincisidir. Buna görə də biz ehtiyatlı olmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernard Şallan UEFA Millətlər Liqasında Azərbaycan və Farer adaları ilə keçirəcəkləri oyunlar ərəfəsində mətbuat konfransında deyib. O bildirib ki, rəqibə mərhəmət hissindən söhbət gedə bilməz: "Bizim problemlərimiz var. Amma məşqçilər korpusu yalnız bu 3 rəqiblər oyunlara görə deyil, gələcəyin komandasını qurmaq üzərində işləyirik. Nəticələri qeyd etməyə üstünlük vermirəm. Albaniya ilə yoldaşlıq matçındakı qələbə bizim üçün təhlükəli olar bilər. Yoldaşlıq görüşlərindəki nəticələr bizi aldatmamalıdır”.
Şallan Meritan Şabani və Floran Xaderconajın gələcəkdə Kosovo millisinin heyətinə cəlb olumaq perspektivinə də toxunub. O, yığmanın qapılarının bu futbolçular üçün açıq olduğunu deyib.
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Kosovo oyunu saat 20:00-da başlayacaq.