Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin ikinci matçında "Səbail" "Bayıl Arena"da "Zirə"ni qəbul edib.
Matç 1:1 hesabı ilə başa çatıb. Görüşdə ilk qolu 68-ci dəqiqədə penaltidən qonaqların hücumçusu Pərdis Fərcad-Azad vurub. Yekun nəticəni isə 84-cü dəqiqədə Rahid Əmirquliyev müəyyənləşdirib.
Bu heç-heçədən sonra xalını 4-ə çatdıran "Səbail" 6-cı pillədə qalıb. İkinci xalını qazanan "Zirə" isə 7-ci pilləyə yüksəlib.
----------
Bu gün Topaz Premyer Liqasının IV turunda daha bir qarşılaşma keçiriləcək.
Sportnet.az xəbər verir ki, turun ikinci matçında "Səbail" "Bayıl Arena"da "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu, qonaq komandanın yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk rəsmi oyunu olacaq.
Komandalar çempionat görüşlərində yalnız ötən mövsüm qarşılaşıblar. Dörd 4 qarşılaşmanın 3-də "Zirə" qələbəyə sevinib, 1 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində də "Zirə" üstündür - 5:2. "Səbail” bu görüşlərdə qələbə qazanmamaqla yanaşı, hər oyunda qol buraxıb. "Zirə” hər iki səfər oyununda meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
15 sentyabr (şənbə)
20:30. "Səbail” – "Zirə” - 1:1
Qol: Rahid Əmirquliyev, 84 - Pərdis Fərcad-Azad, 68 (p)
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena”
Qeyd edək ki, turun açılış matçnda "Qarabağ" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. IV tura sabah keçiriləcək "Sabah" - "Qəbələ" və "Nefçti" - "Keşlə" qarşılaşmaları ilə yekun vurulacaq.