
Futzal üzrə FIFA referisi Elçin Səmədli UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əsas təsnifat mərhələsinin 4-cü qrupunda keçiriləcək matçlarında iş başında olacaq.
"Sportinq” (Portuqaliya), "Kayrat” (Qazaxıstan), "Lida” (Belarus) və "Feniks” (Kosovo) komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 3-dən 6-dək Kosovoda keçiriləcək.