"Qəbələ səfəri həmişə çətin alınır, heç-heçə də pis nəticə deyil. Amma udsaydıq, bizim üçün daha yaxşı motivasiyalı olardı”.
Sportnet.az xəbər verir ki, bunu "Keşlə”nin futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Qəbələ” ilə heç-heçədən sonra söyləyib. 25 yaşlı hücum yeni komandasında qol hesabını açmasına sevindiyini bildirib: "Səhv etmirəmsə, növbəti turda "Qarabağ"la matçımız təxirə salınacaq. Vaxtımız da çox idi, daha yaxşı hazırlaşa bilərdik. Nə etmək olar, belə alındı. Xallarımızı artırmaq istəyirdik, ancaq Qəbələdən 1 xalla qayıtmağı da normal, hətta yaxşı nəticə saymaq olar. "Keşlə” karyeramda yeni klubdu. Üç aydır burdayam, ancaq qol vurmamışdım. Son qarşılaşmalarda da oynamırdım. Çox istəyridm ki, bu matçda fərqlənəm. Rəqibin yetirməsi olduğum "Qəbələ” və ya başqası olması fərq emir. Əsas qol vurmağımidi. Şükürlər olsun, "Keşlə"də də qol vurdum, "ayağım açıldı”. Çox sevinirəm".
Yunanovun sözlərinə görə, yetirməsi oluğu kluba qol vurmaq onun üçün məyusluq yox, daha yaxşı motivasiyadır: "Qəbələdəki matçımıza Bakıdan dostlarım gəlmişdi. Qol vurandan sonra sevincimi onlarla bölüşməyə çalışdım. Çünki mənə görə gəlmişdilər”.
Forvard yenidən milliyə dəvət almasının baş məşqçinin qərarından asılı olacağını bildirib: "Qurban Qurbanov dəvət edərsə, canla-başla gələrəm. Niyə istəməyim ki? Milli komandada oynamağı hər kəs istəyər".
Qeyd edək ki, Yunanov bu ilin yayında "Sumqayıt”dan "Keşlə”yə keçib. O, ötən çempionatda 28 oyuna 10 qol vurub və bombardir Baqali Dabodan 3 top geri qalıb. (Report)