1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA-dan qalmaqallı oyunla bağlı qərar
AFFA İntizam Komitəsi I Divizionda V turun "Şüvəlan” – MOİK matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, oyunun 90+2-ci dəqiqəsində "Şüvəlan” klubunun futbolçusu Elçin Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən rəqib futbolçuya qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalandırılıb və klubuna 180 manat cərimə tətbiq olunub.
Qarşılaşmanın 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan qovulduğu üçün 3 matçlıq cəzaya məruz qalıb, klub isə 160 manat məbləğində cərimə olunub.
Həmçinin qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub əlavə olaraq 80 manat ödəməli olacaq.
Qeyd edək ki, qarşılaşma MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.