1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Emin İmaməliyev: "Oyunu cinahlarda qurduq"
"Çətin oyun olacağını bilirdik. Rəqibi yaxşı təhlil etmişdik, əks-hücumdan oynayacaqlarını bilirdik".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının I mərhələsində evdə "Şerif”lə 1:1 hesabı ilə heç-heçə etdikləri maçtdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb...
- İkinci hissədəki oyunu ilk yarıda oynamaq yaxşı olmazdımı?
- İlk hissədə pis oynadığımızı düşünmürəm. Etdiyimiz səhvə görə diqqətsizlikdən qapımızda qol gördük. Bu mərhələ 2 oyundan ibarətdir. Növbəti oyunda sərfəli nəticə qazanmağa çalışacağıq.
- İlk hissədə cinahlardan hücumlar qurdunuz, ikinci yarıda isə mərkəzdən daha çox hücum qurdunuz. Bunun səbəbi nə idi?
- Rəqibin oyunlarına baxmışdıq. Mərkəzdə hücum qurmaq alınmadı, oyunu cinahlarda qurduq. Daha çox boş sahələrdə oynamağa çalışırdıq. Rəqibin ucaboy müdafiəçiləri ölkə çempionatındakı oyunlarında səhvlərdə yadda qalıblar. Ona görə oyunu cinahlardan qurmağa çalışırdıq.
- Artıq rəqibi yaxından tanıdınız. "Qəbələ” "Şerif” səddini keçə bilər?
- Rəqibi yaxından tanıdıq. Səfərdə bizə ancaq qələbə lazımdır. Komandamdan razıyam. Həm ilk, həm də ikinci hissədə yaxşı futbol sərgilədik. Səfərdə qələbə üçün hərşeyi edəcəyik.