
"Oyundan razı qaldım, düşünürəm ki, nəticə ədalətli oldu".
Sportnet.az xəbər verir ki, bunu "Şerif"in 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Luka Pavloviç UEFA Gənclər Liqasının I mərhələsində səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...
- Oyundan razı qaldınız?
-Qəbələlilərə bizi yaxşı qarşıladıqları üçün təşəkkür edirəm. Düşünürəm ki, oyunun nəticəsi ədalətli oldu. Oyundan razı qaldım. "Qəbələ"nin oyununu əvvəllər də görmüşdük, onların gücünə bələd idik.
- Fasilədən sonra "Şerif" komandası daha zəif təsir bağışladı, bu nə ilə bağlıdır?
- Bu onunla bağlıdır ki, qəbələ ikinci hissədə penalti qazandı və qol vurdu. Buna görə motivasiyamız aşağı düşdü. Eyni zamanda 3 gün əvvəl Moldova çempionatında ağır oyunumuz olmuşdu. Ona görə də yorğun idik. Bu da ikinci hissədə yorğun olmağımıza səbəb ola bilər.