1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Keçmiş “Qəbələ”li: “Onlar futbola xəyanət etdilər”
Rusiyalı futbolçular – Aleksandr Kokorin və Pavel Mamayevin iştirakı ilə baş verən insidentin əks-sədası yayılmağa davam edir.
Sportnet.az xəbər verir ki, hadisə ilə bağlı təcrübəli mütəxəssis Yuri Syomin də açıqlama verib. Bir zamanlar "Qəbələ”nin baş məşqçisi olmuş, hazırda isə Moskva "Lokomotiv”ini çalışdıran Syomin fikirlərini şəxsi instaqram səhifəsindən bölüşüb.
O, hər iki futbolçu haqqında sərt ifadələr işlədib: "Futbol öz sənətinə hörmət, milli komanda, bütün ölkəyə nümunə olmaq, gündəlik rejimə riayət etmək, azarkeşlər, valideynlər, öz ailən və uşaqların önündə məsuliyyət deməkdir. Onlar futbola – öz peşələrinə xəyanət etdilər”.
Qeyd edək ki, Kokorin və Mamayev sərxoş halda Moskvadakı kafelərdən birində dövlət məmurunu döyüblər.