
Bakı Olimpiya Stadionunda Topaz Premyer Liqasının və I divizionun oyunlarını idarə edən hakimlərdən fiziki hazırlıq üzrə test götürülüb.
Sportnet.az xəbər verir ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Fritz Stuchlik rəhbərlik edib.