Yunanıstan milli komandasının sabiq futbolçusu Georgios Samaras karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, bu barədə Şotlandiyanın "Seltik" klubu rəsmi "Twitter" hesabından paylaşım edib.
Qeyd edək ki, Georgios Samaras 2006-ci ildən 2014-cü ilə qədər Yunanıstan yığmasının formasını geyinib. O, karyerası ərzində "Seltik"lə yanaşı, Hollandiyanın "Herenven", İngiltərənin "Mançester Siti" və "Vest Bromviç", İspaniyanın "Saraqosa" və Türkiyənin "Samsunspor" klublarının şərəfini qoruyub.