Millətlər Liqasının IV turunda Azərbaycan yığmasının qonağı olan Malta millisi oyunöncəsi son məşqinə çıxıb. Sportnet.az xəbər verir ki, qonaqlar Bakı Olimpiya Stadionuna gəliş-gediş üçün "Səbail” klubunun avtobusundan yararlanıblar.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək matç saat 20:00-da başlayacaq.


















































































