Qazaxıstanın "Kayrat” klubu baş məşqçisi ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, ispaniyalı mütəxəssis Karlo Alos Ferrer ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ötən mövsüm Alosun rəhbərliyi altında gümüş medal qaznan "Kayrat” ölkə kubokunun da qalibi olmuşdu.
Cari mövsüm turnir cədvəlinin ikinci pilləsində qərarlaşan klub liderdən 10 xal geri qalır.
Qeyd edək ki, Alos 2017-ci ildən "Kayrat”a rəhbərlik edirdi.