Antonio Konte İspaniya "Real Madrid”inə rəhbərlik etmək üçün İngiltərənin "Çelsi” klubu ilə müqaviləsinin ləğvinə dair danışıqlar aparır.
Sportnet.az-ın "Il Giornale” nəşrinə istinadən verdiyi məlumata görə, Kontenin London təmsilçisi ilə müqaviləsi 2019-cu ilin yayına qədər qüvvədədir. İtaliyalı mütəxəssis bu müddət ərzində 10 milyon avro almalıdır. Lakin 49 yaşlı baş məşqçi 4 milyon avro kompensasiya müqabilində müqavilənin ləğv edilməsinə razıdır.
Qeyd edək ki, Antonio Konte "Çelsi”nuin baş məşqçisi postundan uzaqlaşdırılsa da, onunla müqavilə ləğv edilməyib. London klubunda onu Mauritsio Sarri əvəzləyib. Bundan əvvəl "Real Madrid” rəhbərliyinin ardıcıl uğursuz oyunlar seriyası ilə əlaqədar Xulen Lopetegini baş məşqçi postundan uzaqlaşdıracağı və artıq Konte ilə danışıqlara başladığı xəbərlər yayılıb.