Futzal üzrə Yüksək Liqada X turun Günün "Araz” – "Yasamal” İSK oyunu iki məqamla yadda qalıb.
Sportnet.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu görüşdə ən məhsuldar qələbə qeydə alınıb. Rəqib qapısından 26 top keçirən son çempion cəmi 2 dəfə topu meydanın mərkəzindən başlayıb.
Qarşılaşmanın 32-ci dəqiqəsində Oqtay Rüstəmlinin qolu isə cari çempionatda vurulan 300-cü top olub. Qələbədə əsas pay sahiblərindən olan Xətai Bağırov nə az, nə çox, rəqib torunu 8 dəfə silkələyib.
Qeyd edək ki, qarşılaşma "Araz"ın 26:2 hesablı qələbəsi ilə yekunlaşıb.