1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Naci Şensoy: "Belə oyun Azərbaycan millisinə əsla yaraşmadı"
"Kosovo Azərbaycanla oyunun favoriti idi və haqq etdiyi qələbəni qazandı. Çünki bundan 3 gün əvvəl səfərdə Malta ilə qarşılaşmada əldə etdikləri 5:0 hesablı qalibiyyət onların özlərinə inamı və əhval-ruhiyyələrini zirvəyə daşımışdı".
Bunu Sportnet.az-a açıqlamasında Tovuzun "Turan" komandasının əslən kosovolu sabiq baş məşqçisi Naci Şensoy deyib. 60 yaşlı mütəxəssis bildirib ki, UEFA Millətlər Liqasının son turunda Kosovonun Azərbaycanı 4:0 hesabı ilə yenməsi onun üçün gözlənilməz olub: "Etiraf etməliyəm ki, belə bir hesabı gözləmirdim. Azərbaycan yığması bu matçda uğur qazanmaq üçün görüşün 2/3 hissəlik bölümündə oyundan qopmamalı, səbrli olmalı və oyunu nəzarətdə saxlamalı idi. İlk növbədə, Kosovonu dayandırmaq, sonra da qolu düşünmək gərəkirdi. Amma Azərbaycan bu dərs üzərində heç çalışmamışdı. Hələ ikinci dəqiqədə buraxdığı qoldan sonra geri düşməsi bu komandanın müqavimətini qırdı. Kosovo isə matça istədiyi kimi dominantlıq etdi, qol epizodları yaratdı və daha 3 qol vurmağı bacardı. Hesab daha böyük ola bilərdi".
Şensoy Azərbaycan millisinin oyununu sərt tənqid edib: "Bu komanda məni məyus etdi, xəyal qırıqlığına uğratdı. Çünkü nə müdafiə oluna bildi, nə də hücum xəttində yaradıcı oyun sərgilədi. Müdafiə xətti, xüsusən də standart vəziyyətlər zamanı kollektiv müdafiə taktikası çox bərbad idi. Ümidvaram ki, Qurban Qurbanov və yetirmələri bu matçı yaxşı analiz edəcəklər və növbəti matçlarda belə performans ortaya qoymayacaqlar. Bu cür oyun onlara əsla yaraşmadı. Hər nə də olsa, rəqib Kosova idi, Fransa və ya İngiltərə yox".