İngiltərə Premyer Liqası tarixinin ən məhsuldar görüşü müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, "Liverpul" və "Arsenal"ın qarşıdurmalarıdır. İki komanda arasındakı oyunlarda indiyədək 155 qol qeydə alınıb.
Ən çox qolun vurulduğu matç 2008-2009 mövsümündə "Enfild" stadionuna təsadüf edib - 4:4.
İkinci ən məhsuldar qarşıdurma "Arsenal" və "Everton" komandaları arasında olub. Bu oyunlarda tərəflər 153 dəfə fərqləniblər. Üçlüyü 152 qolla "Liverpul" - "Tottenhem" qarşılaşmaları qapayır.
Qeyd edək ki, dekabrın 29-da keçirilmiş XX tur matçında "Liverpul" öz meydanında "Arsenal"ı 5:1 hesabı ilə yenib.



































































