1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sənan Qurbanov: "Qapıçımızı hücumda oynatmaq fikrimiz yoxdur" - MÜSAHİBƏ
"Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanovun Sportnet.az-a müsahibəsi
- Komandanın qış təlim-məşq toplanışı necə keçir?
- Hər şey yaxşıdır. Futbolçular öz işlərinə tam məsuliyyətlə yanaşırlar. Çünki taplanışın ilk günündə danışdıq. Oyunçular bizi nələri gözlədiyindən məlumatlıdırlar. Çox ciddi şəkildə hazırlaşmaq lazımdır ki, düşdüyümüz durum və gələcəkdə durumda bəllidir ki, haralara gəlib çatmalıyıq. Onun üçün çox çalışmalıyıq.
- Məşqdə Türkiyənin Bal Liqasından gəlmiş futbolçu var idi...
- O, hazırda baxışdadır. Futbolçunun adı Mehdidir. İndi baxırıq, hələki hər hansı bir qərar verməmişik.
- Antaliyadakı təlim-məşq toplanışına kimi qərar verəcəksiniz?
- Bəli. Ona kimi qərar veriləcək.
- "Qəbələ" Futbol Akademiyasından hazırlıq prosesində neçə oyunçu iştirak edir?
- Təbriz İsazadə və İzzət Müştaqovu dəvət etmişik. İki gündür ki, bizimlə toplanışdadırlar. U-19 milli komandasına cəlb olunan futbolçularımız var. Onlarla Antalyada görüşəcəyik. İki oyunçunu cəlb edəcəyik. Ayın 24-dəki matçda çıxış edəcəklər. Toplanışa 20 futbolçu ilə yollanmaq istəyirik. Orada təzə gələnlər də olacaq və onlara baxacağıq.
- Antalyada baxışa oyunçuların gəlməsi gözlənilirmi?
- Gözlənilir. Baxışa gələn futbolçular gənc olmalıdır. Onları baxışdan keçirəcəyik.
- Hansı ölkələrin oyunçuları olacaq?
- O hələ ki, dəqiq deyil. Danışıqlar gedir. Afrikadan da var. Hələ ki, sayı bilinmir. Cavan futbolçulara baxacağıq.
- Serbiyalı məşqçi Miloş Yevtiçlə yollarını ayırdınız. Onun yerinə yenisinin cəlb olunması gözlənilirmi?
- Xeyr. Onunla danışığımız olmuşdu ki, qışa qədər bizimlə işləyəcək. Son isə komandadan ayrılacaq. İşinə görə ona təşəkkür etdik. Köməkçi məşqçi kimi Zaur Həşimovu cəlb eləmişik. Düşünürəm ki, hazırkı mütəxəssislər işin öhtəsindən gələcək.
- Komandanın məşqində fiziki hazırlığa Elmar Baxşıyev baxırdı...
- Xeyr. Biz məşqin necə keçəcəyinə birlikdə baxırıq. Hər şey plan üzrə gedir. Dəyişən bir şey yoxdur. Fiziki, texniki və taktiki - bütün işlərimiz plan üzrə qurulur.
- Demək olar ki, yayda bütün klublar fiziki hazırlıq üzrə əcnəbi mütəxəssis gətirirdi. İndi isə "Keşlə" və "Qəbələ" həmin məşqçilərlə yollarını ayırdı. Klublar özləri bu işi görə bilirlərmi? Bu, müvəqqəti bir prosesdir və gələcəkdə davam edə bilərmi?
- Gələcəkdə də davam edə bilər. Zaman belə tələb edir və biz də belə addım atırıq. Miloş yaxşı və işini bilən məşqçidir. Digər klublardakı mütəxəssisləri tanımadığım üçün onlar barədə bir söz deyə bilmərəm. Bizim məşqçilərimizin hamısı oxuyurlar və çalışırıq ki, bu yöndə də anlayışımız olsun. Əlbəttə fiziki hazırlıq üzrə məşqçi lazımdır. Düşünürəm ki, biz işimizin öhtəsindən gələ biləcəyik. Amma gələcəkdə nə olacağını deyə bilmərəm.
- Zaur Həşimovun nə ilə məşğul olacağını müəyyənləşdirmisiniz?
- Elmar Baxşıyev, mən və Zaur Həşimov eyni məşqçilər korpusundayıq. Biz birlikdə məşqlərimizi yazırıq və müzakirələrimizi aparırıq. Kimin hansı işi görəcəyini bölmüşük. Anlaşmamız da yaxşıdır.
- Məşqdə bir maraqlı proses izlədik. Qapıçı Murad Popov hücumda oynayırdı və üç qol da vurdu.
- O biri komandada oyunçu çatmırdı və Murad ona görə oynadı. Həmişə oynayır, yoxlayırıq və maraqlı çıxışları var. Bu gün də onlardan biri oldu.
- "Qəbələ"də 3 qapıçı var və demək olar ki, biri heç vaxt meydana çıxmır. Popov bəlkə meydan oyunçusu kimi oynasın?
- Xeyr. Belə bir fikrimiz yoxdur (gülür). Bu, sadəcə məşq üçün idi. Məşqdə qollarını vurdu.
- Çətin bir dövrə girirsiniz və mövsümün ikinci hissəsi də başlayacaq. "Qəbələ" həm çempionatda, həm də kubokda mübarizə aparır. Komandanın əvvəlki kimi güclü heyəti də yoxdur. Bu komanda ilə nəyə ümid edirsiniz?
- Premyer Liqanın ikinci hissəsi hər zaman daha aqressiv, sürətli və stresli keçir. Ona görə də biz də o yöndə işləyir və hazırlaşırıq. Bizi ağır oyunlar gözləyir. Həm ölkə kubokunda, həm də çempionatda istəyirik ki, iddiamızı sürdürək. Çünki "Qəbələ" daim iddialı olub və çalışırıq ki, iddiasını komandaya qaytaraq. İrəlidə çox oyunlarımız var. Düşünürəm ki, bunu bacara biləcək gücdəyik. Heyətimizə də inanıram. Yaxşı, təcrübəli və ənc futbolçularımız var ki, bu kollektivi formalaşdırıb daha da gücləndirə bilərik. Ona görə irəli baxırıq. Keçmişdə nə olubsa, arxada qalıb. İrəli baxmaq lazımdır.
- Antalyadakı rəqibləri özünüz müəyyənləşdirmisiniz?
- İstəkli komandalar axtarırdıq ki, daha sürətli və aqressiv oyun alınsın. Bu istiqamətdə işlərimiz getdi. Uyğun rəqiblər tapdıq