Azərbaycanın 3 klubu Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına eyni təyyarə ilə yollanacaq.
Sportnet.az-ın məlumatına görə, "Neftçi", "Qəbələ" və "Sumqayıt" qardaş ölkəyə yanvarın 13-də Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə uçacaqlar. Onlar səhər saat 07:55-də Heydər Əliyev Beynəlxalq Hava Limanından birbaşa Antalyaya doğru hərəkət edəcəklər. Oradan isə komandalar müxtəlif qəsəbələrə üz tutacaqlar.
"Neftçi" Manaqvatdakı "The Sense De Luxe” otelində məskunlaşacaq. Flaqman hazırlıq çərçivəsində yanvarın 18-də "Qaz Metan” (Rumıniya), yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), yanvarın 26-da "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.
"Qəbələ" Laradakı "Trendi otel"də qalacaq. "Qırmızı-qaralar" yanvarın 16-da "Meppen” (Almaniya), yanvarın 20-də "Yenisey" (Rusiya), yanvarın 24-də "Fakel” (Rusiya), yanvarın 26-da "MTK Budapeşt" (Macarıstan) komandaları ilə üz-üzə gələcək.
"Sumqayıt" isə Bələkdəki "IC Santai" otelini seçib. "Gənclik şəhəri" təmsilçisi yanvarın 15-də Qazaxıstanın "Jetısu", yanvarın 19-də Bosniya və Herseqovinanın "Çelik", yanvarın 22-də Makedoniyanın "Vardar", yanvarın 26-da Serbiyanın "Zemun" klubları ilə görüşəcək.
Qeyd edək ki, hər üç klubun toplanışdan yanvarın 27-də qayıdacaq.