
"Sumqayıt" və "Qarabağ" komandaları arasındakı Topaz Premyer Liqasının XVI tur matçında kuryoz qol qeydə alınıb.
Sportnet.az-ın məlumatına görə, 20-ci dəqiqədə qonaq komandanın futbolçusu Filip Ozobiçin zərbəsindən sonra top qapı torunu deşərək keçib. Baş hakim Orxan Məmmədov əvvəlcə qolu saymayıb. Lakin "Qarabağ"ın etirazından və yan xətt hakimi ilə məsləhətləşdikdən sonra referi mərkəzi göstərib.
Qeyd edək ki, hazırda "Sumqayıt" uduzur - 0:1.