
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Qrupu ilə Topaz Premyer Liqası və Birinci divizion klublarının nümayəndələri arasında görüş keçirilib. Sportnet.az-ın xəbərinə görə, tədbirdə Lisenziyalaşdırma Qrupu lisenziyalaşdırma üzrə son mövsümlər qeydə alınmış statistik məlumatlar, qaydalarda baş vermiş dəyişiklər barədə məlumat verib.
2015/2016-cı il lisenziyalaşdırma mövsümü ərzində keçiriləcək seminar və görüşlər haqda informasiya tədbir iştirakçılarının diqqətinə çatdırılıb.