
Futbol üzrə Azərbaycan I Divizionunda XX tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. "Neftçi-2" səfərdə "Səbail-2"ni məğlub edib 3:0. Flaqmanın kapitanı Ruslan Abışov bu görüşdə meydanda olub. 32 yaşlı müdafiəçi əvəzediciləri kapitan kimi meydana çıxarıb.
Günün digər maraqlı qarşılaşması isə Tovuzda keçirilib. "Turan Tovuz" - "Kəpəz" matçında 3 top vurulub. "Qaradağ Lökbatan" "Şüvəlan"ı 2:1 hesabı ilə üstələyib. “Sumqayıt-2” isə “Zaqatala”ya qalib gəlib - 3:2
28 mart (cümə axşamı)
“Səbail-2” – “Neftçi-2” - 0:3
Qollar: Muxtar Əliyev, 3. Əlibəy Məmmədli, 44. Elnur Süleymanov, 88
“Bayıl Arena”
“Sumqayıt-2” – “Zaqatala” - 3:2
Qollar: İbrahim Əliyev, 19. 75. 83 - Cavad Kazımov, 5. Maqsud Ələkbərov, 24
“Kapital Bank Arena” (ehtiyat meydança)
“Şüvəlan” - “Qaradağ Lökbatan” - 1:2
Qollar: Tural Qürbətov, 58 - Xəyal Əmirli, 18 Elçin Əliyev, 82
“AZAL Arena”
“Turan Tovuz” – “Kəpəz” - 1:2
Qollar: İbrahim Qədiyev, 12 - Əli Səmədov, 30. 90+5
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.