İngiltərənin "Everton" klubunun və Avstraliya milli komandasının sabiq futbolçusu Tim Keyhill karyerasını başa vurub.
Sportnet.az xəbər verir ki, 40 yaşlı hücumçu bu barədə şəxsi "Twitter" hesabından məlumat verib.
Təcrübəli forvard bildirib ki, ən yaxşı şey uşaq olarkən xəyal etdiklərini reallaşdırmaqdır. O, uşaq olarkən, sadəcə, futbolçu olmaq istədiyini vurğulayıb: "Artıq təqaüdə çıxmaq və ailəmə vaxt ayırmağın vaxtıdır".
Qeyd edək ki, Tim Keyhill son olaraq Hindistanın "Camşedpur" komandasının formasını geyib. Oyunçu Avstraliya milli komandasında 107 oyuna 50 qol vurub. Forvard 2006, 2010, 2014 və 2018-ci il dünya çempionatlarında iştirak edib və 5 qola imza atıb.