19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma Sloveniya ilə qarşılaşıb. Görüş rəqib komandanın 9:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər oyununda Hollandiya və Kipr komandaları qarşılaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən "narıncılar" qrup qalibi kimi final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan – Sloveniya - 1:9 (0:5)
30 mart. Podçetrtek İdman Sarayı
Hakimlər: Damian Jaruchievicz (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rothenfluh (İsveçrə)
Qollar: İ. Pənahov, 39:21 // M. Goznik, 0:26, M. Bjelçeviç, 11:19, 29:30, T. Gajser, 14:32, 38:18, T. Debeljak, 15:55, M. Mohoriç, 18:17, T. Ciuha, 27:40, V. Florjançiç, 31:57 Sarı vərəqə: İ. Pənahov, 22:11, N. Quluzadə, 34:16
Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə
Baş məşqçi: Ağatahir Əzimov
Sloveniya: 12. Maks Vidmar (q), 3. Matic Goznik, 6. Tilen Gajser, 10. Timotej Debeljak (k), 13. Jeremy Bukovec, 1. Jure Vetrih (q), 2. Matej Ahçin, 4. Maks Vesel, 8. Vanç Florjançiç, 11. Marko Bjelçeviç, 14. Marko Mohoriç, 15. Tod Ciuha
Baş məşqçi: Andrej Doboviçnik