“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXII turunun ən yaxşı futbolçusu məlum olub.
Sportnet.az-ın məlumatına görə, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir.
Fransız oyunçu “Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.