“Maraqlı oyun keçdi. Qol buraxmağımıza baxmayaraq, özümüzə gəldik. Uşaqlar istəkli oynadılar. Qalib gəldiyimizə görə sevinirik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Eltun Turabovu Şakir Seyidovla əvəzləmənizin səbəbi nəticəyə hesablanmışdı?
- “Səbail”lə oyunlarda həmişə qol buraxmışıq. Ona görə də mərkəz müdafiəçiləri ilə oyuna başlamışdıq. Lakin ilk dəqiqələrdə qol buraxdıq və dəyişiklik etmək qərarına gəldik. İnanıram ki, Şakir gələcək oyunlarda da bizə kömək edə biləcək.
- Qələbəyə görə mükafat nəzərdə tutulub?
- Bəli, rəhbərlik soyunub-geyinmə otağına daxil oldu və futbolçularımıı təbrik etdi. Mükafatın nə qədər olduğunu bilmirəm.
- Demək olarmı ki, komandanız özünə gəlir?
- Bizim üçün ən uğursuzu III dövrə oldu. Ancaq ən yaxşı buna hazırlaşmışdıq. Üç transferimiz oldu. Ola bilər ki, nədəsə səhv etdik. Ancaq getdikcə daha yaxşı oynamalıyıq. Demirəm ki, bundan sonra bütün matçlarda qalib gələcəyik.