İspaniyanın "Atletiko" klubunun və Fransa yığmasının futbolçusu Antuan Qrizmann ikinci dəfə ata olub.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı hücumçunun həyat yoldaşı Erika Çoperena oğlan uşağı dünyaya gətirib. Ona Amaro adı verilib.
Qrizmannın qızı Miya da məhz aprelin 8-də doğulub. Onun 3 yaşı tamamlanıb.
Qeyd edək ki, Antuan Qrizmann "Atletiko"da 2014-cü ildən çıxış edir. Fransalı hücumçu bu mövsüm İspaniya La Liqasında 31 oyuna 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Qrizmann 2014-cü ildən çıxış etdiyi yığma ilə 2018-ci ildə dünya çempionu olub.