Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Latviya ilə qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Komandanın heyətində hər iki qolunu Sezar Conatan vurub.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.