Hazırda "Səbail"də çıxış edən qanalı futbolçu Maykl Essyen Bakıdakı Avropa Liqasının final matçından əvvəl İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə müraciət edib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi keçmiş komandasına "Arsenal"la keçirəcəyi qarşılaşmada dəstək istəyib. O, 3 aydır yaşadığı Bakını çox sevdiyini vurğulayaraq, bütün "Çelsi" fanatlarını Azərbaycan paytaxtına dəvət edib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.