Hazırda Bakının “Səbail” komandasında çıxış edən Maykl Essyen UEFA Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində Bakıda işgüzar səfərdə olan “Çelsi” klubunun katibi Devid Bernardla görüşüb.
Sportnet.az xəbər verir ki, 2005 – 2012-ci illərdə London təmsilçisinin formasını geyinən qananlı futbolçu “Instagram” hesabında “zadəganlar”ın həm də futbol direktoru olan funksionerlə şəklini paylaşıb və bunları yazıb: “Mənim yaxınım cənab Bernardla birgə “Çelsi” ailəsini Bakıda görmək xoşdur. Uşaqlar, sizi yenə gözləyirik”.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının finalında digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.