
Hazırda "Səbail" olaraq hansısa hədəfdən danışmaq istəmirik. Ən birinci istəyimiz odur ki, ölkəmizi Avropa Liqasında layiqincə təmsil edək".
Bu fikirləri Sportnet.az-a açıqlamasında "Səbail"ın futbolçusu Şəhriyar Rəhimov deyib.
30 yaşlı müdafiəçi bildirib ki, qazandıqları uğurla kifayətlənmək istəmirlər. Rəhimov növbəti mövsümdə də Premyer Liqada yaxşı nəticə əldə etmək istədiklərini söyləyib: "Bunun nə dərəcədə alınacağını zaman göstərəcək. İstəyirik ki, "Səbail" iddialı komandaya çevrilsin".
Qeyd edək ki, "Səbail" 2018/2019 mövsümünü 3-cü pillədə başa vuraraq Avropa Liqasında iştirak etməyə haqq qazanıb. Şəhriyar Rəhimov mövsümün sonunda klubla iki illik müqavilə imzalayıb.