1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milan Obradoviç: "Bu oyun bizə dərs olacaq"
“Rəqibin bizə qarşı necə oynayacağını bilirdik. Gözlədiyimiz kimi 10 nəfərlə müdafiə olunurdular. Təəssüf ki, oyun ərzində buraxdığımız bir səhvə görə məğlub olduq".
Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə affa.az-a açıqlamasında deyib. Serbiyalı mütəxəssis belə nəticəni gözləmədiyini bildirib: "Cinahlardan oyun quraraq rəqibin müdafiə xəttini yarmağa çalışırdıq. Ustalıq səviyyəsinin çatışmaması özünü göstərdi. Yəqin ki, bu da futbolçuların qələbə qazanmaq istəklərinin çox olması ilə əlaqədardır. Təbii ki, bu cür nəticə gözləmirdim. Futbolçulara deyəcək sözüm yoxdur. Onlar bütün bacarıqlarını maksimum yerinə yetirdilər".
Obradoviç məğlubiyyətə rəğmən, doğru yolda olduqlarını iddia edib: "Futbol elə bir oyun odur ki, yaxşı oynayan hər zaman qalib gəlmir. Təəssüf ki, xal qazana bilmədik. Xal isə həmişə lazımdır. Bilirəm ki, biz düzgün yoldayıq. Çox yaxşı təlim-məşq toplanışı keçirdik. Futbolçura görə çox təəssüflənirəm. Oyun ərzində bir neçə qol imkanı yaratdıq, ancaq istifadə edə bilmədik. Bu oyun bizim üçün bir dərs olacaq".
Məğlubiyyətin məsuliyyətini öz üzərinə götürən baş məşqçi "Komanda uduzanda günahkar mənəm. Komanda qalib gələndə bu, futbolçuların qələbəsidir. İstərdim ki, komanda olaraq – həm biz məşqçilər, həm də futbolçular bu məğlubiyyətdən nəticə çıxaraq. Növbəti oyunlara daha çox çalışmalıyıq, daha yaxşı hazırlaşmalıyıq” deyib.
Qeyd edək ki, Lixtenşteyn yeganə qolu 10-cu dəqiqədə penaltidən vurub.