
"Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” Polşanın Krakov şəhərində təşkil olunacaq “X Football Academy 21 Cup”da qüvvəsini sınayacaq. İyunun 13-də start götürəcək yarış Krakov şəhər meriyasının “Football 21” akademiyasının təşkilatçılığı, Miroslav Şımkovyak və Tomaş Frankovskinin dəstəyi ilə baş tutacaq. Əvvəlki illərdə “Mançester Yunayted”, “Mançester Siti”, “Everton” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Borussiya” (Dortmund, Almaniya), “Valensiya” (İspaniya) kimi klublar da turnirə qatılıb.
Qeyd edək ki, yarış 5 gün davam edəcək.