
"Neftçi” və "Speranta” klubları arasında Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunu Azərbaycanda deyil, Moldovada baş tutacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərarı UEFA qəbul edib. Həmin görüş iyulun 11-də keçiriləcək.
Cavab matçı isə bir həftə sonra – ayın 18-də "Bakcell Arena”da olacaq.