
"Neftçi" və "Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
Spornet.az-ın məlumatına görə, flaqman I mərhələdə Moldovada "Sperantsa" kollektivini mübarizədən kənarlaşdıracağı təqdirdə Rusiyanın "Arsenal" (Tula) cütünün qalibi ilə üz-üzə gələcək. "Qəbələ" isə "Dinamo" (Tbilisi, Gürcüstan) / 2 cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında I təsnifat mərhələsinin oyunları 11-18 iyulda, II təsnifat mərhələsi isə 25 iyul-1 avqustda keçiriləcək.