Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun baş məşqçisi olduğu kollektiv Superliqa təmsilçisi "Çaykur Rizespor"la üz-üzə gəlib. Qarşılaşma "Keşlə"nin 0:3 hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, komanda əvvəlki yoxlama matçında "Osmanlıspor"la qolsuz heç-heçə edib.