“Maraqlı və gərgin oyun alındı. Rəqibimiz Türkiyənin Super Liqa təmsilçisi idi. Güclü və hazırlıqlı komandaya qarşı yaxşı oyun nümayiş etdirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Türkiyə toplanışında Superliqa təmsilçisi "Çaykur Rizespor"a 0:3 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib. 48 yaşlı mütəxəssis məğlubiyyətə rəğmən, komandasının çıxışında müsbət məqamların olduğunu vurğulayıb: İlk hissədə baxışda olan iki futbolçunu meydana buraxmışdıq. Buna baxmayaraq komanda inamlı oynadı, xətlər arasında anlaşma yaxşı səviyyədə idi və bu, bizi sevindirir. Bu matçda komanda ötən oyunla müqayisədə daha yaxşı təsir bağışladı və oyun baxımından müsbət irəliləyişlər var".
Əhmədov onu da qeyd edib ki, hər iki hissədə hesabı açmağa yaxın olublar, bəzi epizodlarda qapı dirəyi rəqibi qoldan xilas edib, eyni zamanda, təkbətəkdən yararlana bilməyiblər. Onun sözlərinə görə, buraxılan kiçik səhvlər "Keşlə"nin qapısına vurulan qollarla nətilənib: "Buna baxmayaraq, ümumilikdə komandanın nümayiş etdirdiyi oyundan razı qaldım”.