"Neftçi” Futbol Akademiyasının U-13 komandası Rusiyanın Həştərxan şəhərində keçiriləcək "Xəzər Kuboku” beynəlxalq turnirində iştirak edəcək.
Sportnet.az-ın məlumatına görə, avqustun 8-dən 10-dək baş tutacaq bir dövrədən ibarət turnirdə Aşqabad yığması (Türkmənistan), Qazaxıstanın "Aktau”, Kalmıkiyanın "Lotos”, Həştərxanın "Volqar” və "Həştərxan” komandaları da iştirak edəcəklər.