Uelsin gənclərdən ibarət milli komandasının futbolçusu Coel Darlinqton davamlı zədələr üzündən intihar edib.
Sportnet.az “Daily Post”a istinadən xəbər verir ki, 20 yaşlı oyunçunun cəsədini anası və qardaşı qarajda tapıblar. Darlinqtonun onurğa zədəsi üzündən müntəzəm bel ağrısından şikayətləndiyi, müaliəcə proseslərinin heç bir fayda vermədiyi bildirilir.
Üstəlik, gənc oyunçu əli sındığı üçün İngiltərənin “Mançester Yunayted” klubuna baxışa yollanmaq fürsətini qaçırıb. Bundan sonra depressiyaya düşən Darlinqton canına qəsd edib.
Qeyd edək ki, Darlinqtonda vətənində “Bala Taun” klubunun formasını geyinib.