
I Divizionda mübarizə aparan "Kəpəz" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, komanda "Sabah-2" ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Gəncə klubundan qolları Elvin Nəsibov və Əli Səmədov vurub. "Sarı-göylər" bir penalti zərbəsindən də yararlana bilməyiblər.
Qeyd edək ki, "Kəpəz" ilk yoxlama oyununda "Zirə-2"ə uduzub - 0:2